“Səni gözləməyə səbrim çatmır, sevgim mənim”
PSJ-nin
futbolçusu Neymar Çempionlar Liqasının davam etdirilməsi ilə bağlı UEFA-nın
açıqladığı formata münasibət bildirib.
Kaspi.az xəbər
verir ki, Neymar ÇL-in davam etdiriləcəyi ilə bağlı qərar sevindiyini nümayiş
etdirib. O, "instaqram”da belə yazıb:
"Səni gözləməyə
səbrim çatmır, sevgim mənim. Çempionlar Liqası qayıtdı”.
Dünən UEFA ÇL-in
8 komandanın iştirakı ilə Lissabonda davam etdiriləcəyini açıqlayıb. Cütlüklərin
qarşıdurması bir oyundan ibarət olacaq. Oyunlar 12-23 avqust aralığında keçiriləcək.