Səhvini etiraf etdi, üzr istədi, “dərs almışam” dedi
Xuliqanlıq
etdiyi üçün həbs edilən "Zenit”in futbolçusu Aleksandr Kokorin ictimaiyyətə
açıq məktub yazıb.
Kaspi.az xəbər
verir ki, Kokorin səhvə yol verdiyini etiraf edib. O, hərəkətinə görə hər kəsdən
üzr istəyib:
"Bütün azarkeşlərdən,
komanda yoldaşlarımdan üzr istəyirəm. Bir idmançı, ictimai şəxs kimi belə hərəkətə
yol verməməli idim. Özümü idarə edə bilmədim.
Etiraf edirəm
ki, belə hərəkətə yol verməklə həddimi aşmışam. Münaqişədən sonra bu hərəkətimə
görə üzr istəmişdim. Yenə də üzr istəyirəm. Artıq dərs almışam. Həbsxana bunu mənə
öyrətdi.
Çox istərdim ki,
azadlığa çıxım, yenidən idmanla məşğul olum, aktiv fəaliyyət göstərim. Mənə
verdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edirəm. Bu dəstək, mənim üçün çox
vacibdir”.
Kokorin, onun
qardaşı Kiril, "Krasnodar”ın futbolçusu Pavel Mamayev və onların dostları
Aleksandr Protasovski ötən ilin oktyabrında ictimai yerdə xuliqanlıq etdikləri,
dövlət məmurlarına xəsarət yetirdikləri üçün həbs ediliblər, Hazırda hadisə ilə
bağlı istintaq araşdırması davam edir.