• cümə, 26 Aprel, 09:01
  • Baku Bakı 12°C

Şəhriyar Məmmədyarov BƏƏ-də şahmat turnirinin qalibi olub

14.06.20 10:30 684
Şəhriyar Məmmədyarov BƏƏ-də şahmat turnirinin qalibi olub
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Sharjah Chess” klubunun təşkilatçılığı ilə keçirilən şahmatın rapid növü üzrə onlayn beynəlxalq turnirinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, iyunun 13-də keçirilən qarşılaşmalarda polşalı Radoslav Voytaşek, özbəkistanlı Rüstəm Qasımcanov, Pentala Xarikrişna (Hindistan) ilə heç-heçə edən şahmatçımız, son iki turda misirli Bassem Amin və BƏƏ təmsilçisi Saleh Salem üzərində qələbə qazanıb. Yekun nəticədə 7,5 xal toplayan şahmatçımız turnirin qalibi olub.
banner

Oxşar Xəbərlər