AZE | RUS | ENG |


“Səbail” futbol klubu Qazaxıstan və Macarıstan komandaları ilə qarşılaşacaq

“Səbail” futbol klubu Qazaxıstan və Macarıstan komandaları ilə qarşılaşacaq
Birinci divizion təmsilçisi "Səbail” futbol klubunun qış təlim-məşq toplanışı davam edir.
AZƏRTAC xəbər verir ki, Bakıda hazırlıq keçən komanda yanvarın 10-da MOİK, iki gün sonra isə "Neftçi”nin əvəzedici heyəti ilə yoxlama oyununda meydana çıxacaq.
Hazırlıq prosesinin ikinci hissəsinə yanvarın 14-də Antalyada başlayacaq Bakı təmsilçisi üç yoxlama oyununda gücünü sınayacaq. "Səbail” komandası yanvarın 19-da Qazaxıstanın "Kiran”, bir həftə sonra isə Macarıstanın "Seqed” klubları ilə üz-üzə gələcək. Yanvarın 24-də keçiriləcək yoxlama oyunundakı rəqib isə hələ müəyyənləşməyib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6793
GBP 1 İngilis funt sterlinqi 2.1725
TRY 1 Türk lirəsi 0.4843
KWD 1 Küveyt dinarı 5.7229
SEK 1 İsveç kronu 0.1929
EUR 1 Avro 1.8505
CHF 1 İsveçrə frankı 1.7335
USD 1 ABŞ dolları 1.7475