• şənbə, 20 Aprel, 07:57
  • Baku Bakı 14°C

"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib

22.03.20 15:35 782
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib
Martın 21-dən Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib.
Aksiyaya partiyanın rayon və şəhər təşkilatları, fəal üzvləri qoşulublar. YAP-ın şəhər və rayon təşkilatlarının gəncləri tənha, ahıl, qayğıya ehtiyacı olan insanların evlərində olub, gigiyenik vasitələr aparıblar. Gənclər qayğıya ehtiyacı olan yaşlı insanlara Koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.
#EvdəOturVirusaYoluxma #SağlamlığımızMilliHəmrəyliyimizdədir!
banner

Oxşar Xəbərlər