• cümə, 26 Aprel, 21:20
  • Baku Bakı 22°C

Şahmatçılarımız erməni rəqiblərini də məğlub etdilər

28.09.18 22:20 687
Şahmatçılarımız erməni rəqiblərini də məğlub etdilər
Batumidə keçirilən Şahmat Olimpiadasının 5-ci turunda Azərbaycanın kişilərdən ibarət milli komandası Ermənistan yığması ilə qarşılaşıb.
Trend-in məlumatına görə, 4 oyunun yekununda Azərbaycan 2.5 - 1.5 hesabı ilə qalib gəlib.

Belə ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov müvafiq olaraq Levon Aronyan və Qabriel Sarkisyanı üstələyib. Rauf Məmmədov isə Hayk Martirosyanla heç-heçə oynayıb. Yalnız təmsilçimiz Arkadi Naydiç Hrant Melkumyana yenilib.
5 turdan sonra Azərbaycan milli komandası liderliyini davam etdirir.

banner

Oxşar Xəbərlər