• cümə, 26 Aprel, 20:04
  • Baku Bakı 22°C

Şahmat millimiz Ermənistanı məğlub etdi

28.09.18 20:18 851
Şahmat millimiz Ermənistanı məğlub etdi
Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında 5-ci turun oyunları keçirilib.
Qol.az-ın məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi Ermənistanla üz-üzə gəlib. Qadın şahmatçılarımız Yunanıstanla qarşılaşıb. Hər iki milli komanda rəqiblərini məğlub edib.
Ermənistan - Azərbaycan - 1.5:2.5
Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1
Qabriel Sargissyan - Teymur Rəcəbov 0:1
Qrant Melkumyan - Arkadi Naydiç - 1:0
Hayk Martirosyan - Rauf Məmmədov - 0.5 - 0.5
Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.
Yunanıstan (qadınlar)- Azərbaycan (qadınlar)- 0.5 - 2.5

Anna-Mariya Botsari - Zeynəb Məmmədyarova - 0.5:0.5
Stavrula Tsolakidu - Xanım Balacayeva - 0:1
Anastasiya Avramidu - Gülnar Məmmədova
Haritomeni Markantonaki - Ülviyyə Fətəliyeva - 0:1
5 turdan sonra xallarının sayını 10-a yüksəldən kişilərdən ibarət Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.
banner

Oxşar Xəbərlər