• cümə, 26 Aprel, 19:18
  • Baku Bakı 22°C

Sablya üzrə milli komandanın üzvü Dünya Kubokunda bürünc medal qazanıb

25.11.18 14:52 592
Sablya üzrə milli komandanın üzvü Dünya Kubokunda bürünc medal qazanıb
Sablya üzrə milli komandamızın üzvü Cavanşir Ağakişiyev İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən gənclər arasında Dünya Kubokunda bürünc medal qazanıb.
Trend-in məlumatına görə, qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran sablyaçı 1/16 finalda Qazaxıstan təmsilçisi Bakdaulet Kuralbekulini 15:11 hesabı ilə məğlub edib. 1/8 finalda türkiyəli Umut Kaya üzərində 15:9 hesablı qələbə qazanan sablyaçımız, 1/4 finalda Honkonq idmançısı ilə görüşdən qalib ayrılıb. Ağakişiyev rəqibini 15:14 hesabı ilə üstəliyib. Yarımfinala yüksəlməklə Dünya Kubokunun bürünc medalını təmin edən qılıncoynadanımız belaruslu Maksim Pinçukla gərgin keçən görüşdə rəqibinə 13:15 hesabı ilə uduzub. Beləliklə, sablyaçımız Tehranda keçirilən gənc sablyaçıların Dünya Kubokunda bürünc medala sahib çıxıb.
banner

Oxşar Xəbərlər