• cümə, 29 Mart, 13:38
  • Baku Bakı 14°C

Rusiyanın ən nüfuzlu yazıçısı Aleksandr Proxanov: Zal İlham Əliyevi alqışlayırdı

06.10.19 20:30 624
Rusiyanın ən nüfuzlu yazıçısı Aleksandr Proxanov: Zal İlham Əliyevi alqışlayırdı
Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi Soçidəki "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Rusiyanın ən nüfuzlu yazıçısı, tanınmış ziyalı, siyasi və ictimai xadim, İzborsk klubunun sədri və həmtəsisçisi, "Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov da iştirak edib.
AZƏRTACxəbər verir ki, Aleksandr Proxanov təəssüratlarını Medi.az ilə bölüşüb: "Prezident İlham Əliyevin çıxışının əsas ideyası Dağlıq Qarabağ ətrafında münaqişə ilə bağlı idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi. Davam edən hərbi əməliyyatlardan danışdı: onun çıxışından bir müddət əvvəl erməni snayperinin azərbaycanlı dinc sakini öldürməsi barədə informasiya daxil olmuşdu. Prezident İlham Əliyev Yerevanın "Qarabağ Ermənistandır və nöqtə” iddiasını ehtiva edən formuluna digər – "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə cavab verdi.
A.Proxanov qeyd edib: "Ümumilikdə, söhbət Asiyada "hərbi forma” alan yerlərdəki münaqişəli vəziyyətlərdən gedirdi. İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin münaqişələrin nizamlanması məsələsində konstruktiv mövqeyini qeyd edib”.
Agentliyin həmsöhbətinin sözlərinə görə, İlham Əliyevin çıxışı zamanı zalda Ermənistanın nümayəndələri, hər hansı radikallar olmayıb: "Zal alqışlayırdı”.
Aleksandr Proxanov bu yaxınlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Nikol Paşinyanın "Qarabağ Ermənistandır” sözlərini pisləyən bəyanatı ilə bağlı sualı da cavablandırıb.
O deyib: "Bizim Prezident bu yaxınlarda Ermənistanın lideri və artıq Soçidə Azərbaycan Prezidenti ilə də görüşlər keçirib. Rusiya getdikcə artan qeyri-sabitliyi tarazlaşdırmağa səy göstərir. Lavrovun sözlərinə gəldikdə isə, burada hər şey aydındır. Əlbəttə, Rusiya XİN –in rəhbəri Paşinyanın bəyanatını pisləməli idi.

banner

Oxşar Xəbərlər