• çərşənbə axşamı, 16 aprel, 19:34
  • Baku Bakı 18°C

Rusiyada yaşayan azərbaycanlılar da ipoteka götürə biləcək

10.06.16 12:25 1019
Rusiyada yaşayan azərbaycanlılar da ipoteka götürə biləcək
Bank VTB (Azərbaycan) Rusiyada yaşayan azərbaycanlılara rublla ipoteka kereditləri verəcək. Bu barədə fins.az-a bankdan məlumat verilib.
Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib ki, hazırda Rusiyada yaşayan və işləyən azərbaycanlıların rublla ipoteka kreditlərinə böyük tələbat yaranıb: "Bazarın təhlili göstərir ki, rubl ipoteka məhsuluna tələbat böyükdür və buna görə də bank bu məhsulun tətbiqi üzərində çalışır".
Rubl ipotekasının tətbiqinin planları haqqında bank ötən il bildirib və daha sonra bu məqsədlə bazarı və məhsula olan tələbatı araşdırıb. Bu məhsul gəliri rublda olanlara Azərbaycanda daşınmaz əmlakın alınması məqsədi ilə rubl kreditinin verilməsini nəzərdə tutur. İpoteka proqramı çərçivəsində bank birbaşa tikinti şirkətləri ilə çalışıb və həm manat, həm dollarla ipoteka kreditləri verib. Hazırda bu ipoteka proqramı dayandırılıb və bank dollar kreditlərinin manata çevrilməsi ilə əlaqədar tərəfdaşı olan tikinti şirkətləri ilə danişiqlar aparır.
2015-ci ildən etibarən bank VTB (Azərbaycan) eləcə də Dövlət İpoteka Fondunun müvəkkil bankıdır
banner

Oxşar Xəbərlər