• cümə, 26 Aprel, 05:40
  • Baku Bakı 16°C

Rusiyada oğurluq başladı, Kanunu soydular

04.06.18 11:20 731
Rusiyada oğurluq başladı, Kanunu soydular
Deyəsən, Rusiyada keçiriləcək dünya çempionatında çox insident baş verəcək.
Kaspi.az xəbər verir ki, "Arsenal”ın və Nigeriya yığmasının sabiq futbolçusu İvankuvo Kanu Rusiyada problemlə üzləşib. Kanunun 11 min dollarını oğurlayıblar.
O, Londondan Kalininqrada uçurmuş. Nigeriya yığması DÇ-2018-də ilk oyununu məhz bu şəhərdə keçirəcək. Baltikyanı şəhərə çatandan sonra Kanu çantasından 11 min dolların oğurlandığını görüb.
Polisin apardığı araşdırmalardan sonra məlum olub ki, pul "Şeremetyevo” hava limanında iki yükdaşıyan tərəfindən oğurlanıb. Artıq oğrular həbs olunublar və Kanunun pulunun özünə qaytarılacağı bildirilir.
Nigeriya iyunun 16-da ilk oyununu Xorvatiyaya qarşı keçirəcək. Bu qrupda İslandiya və Argentina da qərarlaşıb.
banner

Oxşar Xəbərlər