AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiya və Türkiyədə olan vətəndaşlarımız ölkəyə gətiriləcək

Rusiya və Türkiyədə olan vətəndaşlarımız ölkəyə gətiriləcək

Cəmiyyət
29 May 2020, 20:05 283
"Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq”.
 
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
 
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir: "Rusiyada qalan vətəndaşların Azərbaycana gətirilməsi ilə bağlı hər iki ölkə tərəfindən işlər aparılır. 
 
Vətəndaşların Türkiyə və Rusiyadan Azərbaycana gətirilməsi texniki imkanlarla bağlıdır. Karantin zonalarında yerlər boşaldıqca, xaricdən vətəndaşlar gətirilərək karantinə yerləşdiriləcək".