• cümə, 26 Aprel, 23:38
  • Baku Bakı 22°C

Rusiya-Qana oyununu azərbaycanlı hakimlər idarə edəcək

29.08.16 13:41 1079
Rusiya-Qana oyununu azərbaycanlı hakimlər idarə edəcək
Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək. Apasport.az saytının məlumatına görə, həmyerlimiz milli komandaların matçına təyinat alıb.
Ağayev sentyabrın 6-da keçiriləcək Rusiya və Qana yığmaları arasında yoldaşlıq oyununda baş hakim olacaq. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.
Qeyd edək ki, Rusiya – Qana oyunu Moskvadakı "Lokomotiv” stadionunda keçiriləcək.
banner

Oxşar Xəbərlər