Ronaldonun izlədiyi 5 futbolçu
"Real”ın sabiq
futbolçusu, braziliyalı Ronaldo diqqətlə izlədiyi futbolçuların adlarını
açıqlayıb.
Kaspi.az xəbər
verir ki, "yekədiş” ləqəbli sabiq hücumçu 5 futbolçunu n oyununu diqqətdə
saxladığını bildirib. Onların arasında Kriştiano Ronaldo yozdur:
"Əlbəttə, ilk
sırada Lionel Messi dayanır. Onun kimi talantı bir daha görmək üçün 20-30 il
gözləmək lazım gələcək.
Məni Salah, Azar
və Neymarın da oyunu cəlb edir. Təbii ki, Mbappenin də. Çoxları Mbappeni mənimlə
müqayisə edir.
Əlbəttə, oxşar cəhətlərimiz
var. Amma müxtəlif nəsillərin futbolçuları arasında müqayisə aparmaq ürəyimcə
deyil”.