Ronaldonun agentinin də yoxlayırlar
Portuqaliyanın vergi orqanları məşhur agent Jorje Mendeşin
fəaliyyətini yoxlamağa başlayıblar.
Kaspi.az xəbər verir ki, onun son 3 ildə həyata keçirdiyi bütün
transferlər, əməkdaşlıq etdiyi müştərilər barədə məlumatlar araşdırılır.
Məlumata görə, Mendeş əsas pul köçürmələrini ofşor zonalar vasitəsilə həyata
keçirib.
Bu da araşdırmalar zamanı böyük çətinliklər yaradır. Diqqət daha çox
mükafatlara və ikili müqavilələrə yönəldilib. Bunlar Portuqaliya Futbol
Federasiyasında qeydə alınmayıb.
Mendeşin kompaniyası bildirib ki, vergi orqanları ilə əməkdaşlıq
etməyə hazırdırlar. O, Kriştiano Ronaldo, Joze Mourinyo, Dieqo Kosta, David de
Xea kimi ulduzların agentidir.