• cümə, 26 Aprel, 21:57
  • Baku Bakı 22°C

Ronaldo vurdu, Corcina ağladı

13.03.19 11:08 736
Ronaldo vurdu, Corcina ağladı
Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında "Atletiko” ilə keçirilən cavab qarşılaşmasında het-trik edib.
Kaspi.az xəbər verir ki, "Yuventus” 3:0 hesabı ilə qalib gələrək, ilk oyundakı məğlubiyyətə baxmayaraq (0:2), növbəti mərhələyə adlayıb. Qarşılaşmanı "Allians Stediuma”da izləyənlər arasında Ronaldonun sevgilisi Corcina Rodriges də olub.
Ronaldo qol vurduqdan sonra Corcina göz yaşlarına hakim ola bilməyərək ağlayıb. Ronaldo ilə Corcina 2016-cı ildən bir yerdədirlər. Onların bir qızları da var.
banner

Oxşar Xəbərlər