Ronaldo mərcə girib, uduzub
"Yuventus”un
futbolçusu Kriştiano Ronaldo komandanı n baş məşqçisi Massimiliano Alleqri ilə
mərcə giribmiş.
Kaspi.az xəbər
verir ki, bu barədə Ronaldo özü məlumat verib. O, bildirib ki, mövsümün əvvəlində
Alleqri ilə bütün penaltiləri qola çevirəcəyi ilə bağlı mərcə girib. Ronaldo
artıq mərci uduzub. O, "Cenoa” ilə
qarşılaşmada penaltidən yararlana bilməyib:
"Bəli, doğrudur.
Mövsümün əvvəlində Alleqri ilə mərcə girdim ki, bütün penaltilərdən
yararlanacağam. Artıq uduzmuşam. Onun istədiyini verməyə hazıram”.
Ronaldo cari
mövsümdə A seriyasında 20 oyun keçirib, 14 qol vurub.