• cümə, 26 Aprel, 23:02
  • Baku Bakı 22°C

Ronaldo da “ilişdi” - Həbs edilə bilər

25.05.17 16:15 1481
Ronaldo da “ilişdi” - Həbs edilə bilər
"Real”ın futbolçusu Kriştiano Ronaldo həbs edilə bilər.
Kaspi.az xəbər verir ki, İspaniyanın vergi xidməti futbolçuya qarşı ittiham irəli sürüb. Xidmətin məlumatında bildirilir ki, Ronaldo 2011-2013-cü illərdə xeyli vəsaiti vergidən gizlədib.
Hazırda vergi xidmətində bununla bağlı müzakirələr aparılır. Baş vermiş hadisənin vergi cinayəti, yoxsa inzibati xəta olduğu araşdırılmalıdır.
Əgər Ronaldonun məsələsi inzibati xəta kimi dəyərləndirilsə, onda o, 8 milyon avro cərimə ödəməli olacaq. Yox, futbolçunun vergi cinayəti törətdiyi təsdiqini tapsa, onda Ronaldo külli miqdarda cərimə ödəməklə yanaşı, həbs ediləcək. Onu 4 aya qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
banner

Oxşar Xəbərlər