Ronaldo bu kuboku Messidən daha tez qazanar - Mourinyo
Portuqaliyalı mütəxəssis Joze Mourinyo Messiyə "ilişib”.
Kaspi.az xəbər verir ki, Mourinyo Messinin hələ də Amerika kubokunu
qazana bilməməyinə münasibət bildirib. O, həmyerlisi Kriştiano Ronaldonu misal
göstərməklə, Messiyə ironiya edib:
"Əgər KONMEBOL Amerika kubokunu daha da populyar etmək istəyirsə,
onda turnirə Avropa komandalarını dəvətə etməlidir. Məsələn, Fransa, İspaniya,
Portuqaliya ki mi yığmalara dəvət göndərmək olar.
Əgər onlar Portuqaliyanı turnirə dəvət etsələr, onda Kriştiano
Ronaldo Amerika kubokunu Messidən daha tez qazanar”.