“Roma” “Türkyənin “Dibala”sı ilə anlaşdı
"Roma” "İstanbul Başakşəhər”in yarımmüdafiəçisi Cengiz Underi
transfer etməyə çox yaxındı.
Kaspi.az xəbər verir ki, iki gündən sonra 20 yaşı tamam olacaq
futbolçu "Roma” ilə ilkin razılığa gəlib. İyulun 14-də onun Romada tibbi
baxışdan keçəcəyi gözlənilir.
Çengizlə 5 illik müqavilə bağlanacaq. Onun illik məvacibi 1,5 milyon
avro olacaq. "Roma” futbolçunu transfer etmək üçün 13 milyon avro ödəyəcək.
Under ötən mövsüm Türkiyə çempionatında 32 oyun keçirib, 7 qol vurub.