• cümə, 26 Aprel, 23:19
  • Baku Bakı 22°C

“Roma” metrosunda faciə, rus azarkeş ayağını itirdi

24.10.18 10:05 551
“Roma” metrosunda faciə, rus azarkeş ayağını itirdi
Çempionlar Liqasında keçirilən "Roma” - ÇSKA oyunundan əvvəl faciəvi hadisə yaşanıb.
Kaspi.az xəbər verir ki, hadisə Roma metrosunda baş verib. Yaranan sıxlıq nəticəsində eskalatorun əyləc sistemi sıradan çıxıb. Nəticədə 30 nəfər xəsarət alıb.
Xəsarət alanların əksəriyyəti ÇSKA-nın azarkeşləri olub. Bir neçə fanat xəstəxanaya yerləşdirilib. Onlardan birinin ayağı amputasiya olunub.
İtaliya mətbuatı hadisəyə görə rus azarkeşləri günahlandırıb. Ruslar metroya daxil olarkən kütləvi surətdə eskalatordan tullanmağa başlayıblar.
"Roma” ÇSKA-ya 3:0 hesabı ilə qalib gəlib.
banner

Oxşar Xəbərlər