• şənbə, 27 Aprel, 00:07
  • Baku Bakı 14°C

“Real”ın futbolçusu FİFA-nı ittiham etdi

04.09.17 14:45 1124
“Real”ın futbolçusu FİFA-nı ittiham etdi
"Real”ın futbolçusu Luka Modriç FİFA-nı kəskin tənqid edib.
Kaspi.az xəbər verir ki, Modriçi narazı salan məqam DÇ-2018-in seçmə mərhələsinə Kosova ilə təxirə salınmış oyunun səhəri gün keçirilməsi olub. Modriç FİFA-nı futbolçuların maraqlarını nəzərə almamaqda ittiham edib:
"Şənbə günü bizə dedilər ki, oynamayacağıq. Ona görə də həmişəki vaxtdan 2-3 saat gec yatdıq. Ancaq səhər orduda olduğu kimi, tezdən oyanmalı olduq.
Dedilər ki, qarşılaşma davam etdiriləcək. Bizim hazırlaşmaq üçün vaxtımız qalmamışdı. FİFA növbəti dəfə göstərdi ki, futbolçuların maraqlarını nəzərə almır”.
Xorvatiya - Kosova oyunu (1:0) güclü yağış səbəbindən təxirə salınmış və səhəri gün davam etdirilmişdi.
banner

Oxşar Xəbərlər