“Real”dan təhlükəyə görüb, yeni müqavilə hazırlayırlar
"Mançester
Yunayted” Pol Poqba məsələsində işini ehtiyatlı tutmağa çalışır.
Yaya transfer
dönəmində Poqbanın "Real”a keçmə ehtimalı var idi. İngiltərə klubu hesab edir
ki, növbəti yayda "Real” ona daha cəlbedici təklif göndərə bilər.
Kaspi.az xəbər
verir ki, bu təhlükəni nəzərə alan MY rəhbərliyi fransız futbolçu üçün yeni
müqavilə hazırlamağı düşünür.
Əgər Poqba yeni
təklifdən imtina etməli olsa, onda "Mançester Yunayted”in onu 2020-ci ilin
yayında satmaqdan başqa çarəsi qalmayacaq. Çünki Poqbanın qüvvədə olan müqaviləsi
2021-ci ilin yayında başa çatır.