“Real”dan “İnterə” “40 milyon+Modriç” təklifi
"Real” İnter”in
futbolçusu Mauro İkardini transfer etmək niyyətindədir.
Kaspi.az. xəbər
verir ki, argentinalını transfer etmək üçün "kral klubu”nun təklifi də
hazırdır. Madrid nəhəngi İkardi üçün 40 milyon avro və Luka Modriçi verməyə
razıdır.
2017-ci ilin
yayında İkardinin satış qiyməti 100 milyon avro təşkil edirdi. Ancaq həmin vaxt
argentinalı bildirmişdi ki, "İnter”i tərk etmək niyyəti yoxdur.
O, başqa bir
argentinalının - Xavyer Zanettinin yolunu davam etdirmək istəyir və
karyerasının sonuna qədər "İnter”də qalmağı planlaşdırır.