• cümə, 26 Aprel, 17:07
  • Baku Bakı 23°C

“Real” onu satır - 110 milyon verən olsa

06.07.17 15:40 1145
“Real” onu satır - 110 milyon verən olsa
"Real” Qaret Beyllə bağlı qərar verib.
Kaspi.az xəbər verir ki, "kral klubu” Beyli satmağa razıdı. Klub rəhbərliyi uelsli futbolçu üçün qiymət də müəyyənləşdirib. Beyli almaq istəyən klub 110 milyon dollar ödəməlidir.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Beylə görə "Mançester Yunayted” daha ciddi mübarizə aparır. PSJ-nin də ona maraq göstərdiyi bildirilir.
Ancaq digər bir məlumatda bildirilir ki, Beyl "Real”ı tərk etmək niyyətində deyil. O, "Real”a keçəcəyi gözlənilən Kilian Mbappe ilə rəqabət aparmağa hazır olduğunu bildirib.
Beyl "Real”a 2013-cü ildə "Tottenhem”dən keçib.
banner

Oxşar Xəbərlər