• cümə, 26 Aprel, 19:14
  • Baku Bakı 22°C

“Real” məşqçi tapa bilmir, o da “yox” dedi

31.10.18 10:25 625
“Real” məşqçi tapa bilmir, o da “yox” dedi
Deyəsən, Xulen Lopeteqini istefaya göndərən "Real” yeni baş məşqçini asanlıqla tapa bilməyəcək.
Nə qədər qəribə olsa da, mütəxəssislər bir-birinin ardınca "Real”ın təkliflərinə "yox” cavabı verirlər. Kaspi.az xəbər verir ki, "kral klubu” Antonio Kontedən sonra daha bir mütəxəssisin razılığını ala bilməyib. Mikael Laudrup da "Real”da işləməkdən imtina edib.
Florentino Peresin namizədlər siyahısında Laudrupun adı Kontedən sonra olub. Ancaq 53 yaşlı danimarkalı mütəxəssis klub daxilindəki qeyri-sabit durumu əsas gətirərək, təklifdən imtina edib. Laudrup belə vəziyyətdə "Real”da işləməyin heç bir perspektivi olmadığını bildirib.
Laudrup 1994-1996-cı illərdə "Real”ın şərəfini qoruyub. Onun məşqçi kimi sonuncu iş yeri Qətərin "Əl-Rayan” klubu olub.
banner

Oxşar Xəbərlər