AZE | RUS | ENG |

“Real Madrid” “Selta Viqo”nu darmadağın edib

“Real Madrid” “Selta Viqo”nu darmadağın edib
Madridin "Real” klubu futbol üzrə İspaniya çempionatının 37-ci turunda "Selta Viqo”nu böyük hesabla məğlub edib.

AZƏRTAC xəbər verir ki, şənbə günü Madriddə keçirilən qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları rəqib qapısından Qaret Beyl (13-cü və 30-cu dəqiqələr), İsko (32-ci dəqiqə), Əşrəf Hakimi (52-ci dəqiqə), Serxi Qomes (74-cü dəqiqə, penalti) və Toni Kross (81-ci dəqiqə) keçiriblər.

Beləliklə, çempionatın sonuna bir tur qalmış 75 xal toplayan "Real” turnir cədvəlində üçüncü yeri təmin edib. "Barselona” 90 xalla birinci (36 oyun), Madridin "Atletiko” komandası isə 78 xalla ikinci yerdədir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6545
GBP 1 İngilis funt sterlinqi 2.1703
TRY 1 Türk lirəsi 0.2459
KWD 1 Küveyt dinarı 5.6031
SEK 1 İsveç kronu 0.1864
EUR 1 Avro 1.9383
CHF 1 İsveçrə frankı 1.7097
USD 1 ABŞ dolları 1.7000