"Real" klublararası dünya çempionu olub
Madridin "Real" futbol komandası klublararası dünya çempionu olub.
"Report" xəbər verir ki, ispan klubu final matçında Braziliyanın "Qremio" komandası ilə qarşılaşıb.
Matç 1:0 hesabı ilə Madrid təmsilçisinini qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qoluKriştian Ronaldu vurub.
Qeyd edək ki, bu, "Real"ın ardıcıl olaraq ikinci çempionluğudur.