• cümə, 26 Aprel, 23:10
  • Baku Bakı 22°C

“Real” Çempionlar Liqasının qalibi olub

29.05.16 14:00 1117
“Real” Çempionlar Liqasının qalibi olub
UEFA Çempionlar Liqasının final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, bununla da Avropada futbol mövsümünə rəsmən yekun vurulub.

Milanda keçirilən həlledici qarşılaşmada İspaniyanın 2 klubu – "Real” və "Atletiko” üz-üzə gəlib. "San Siro”da baş tutacaq Madrid derbisi gərgin mübarizəyə səhnə olub.

Hesabı "kral klubu" açıb. 14-cü dəqiqədə Serxio Ramos fərqlənib. İlk yarı bu hesabla bitsə də, ikinci hissədə Karrasko bərabərliyi təmin edib. BUndan sonra matçın normal vaxtında başqa qol olmayıb. Əlavə olunmuş dəqiqələrdə də "status-kvo" pozulmayınca, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac yaranıb.

Hər iki komanda ilk 4 zərbənin dəqiq yerinə yetirib. "Atletiko"nun futbolçusu Xuanfran 5-ci zərbəni dirəyə, "Real"lı Ronaldo isə çərçivəyə nişan alıb. Bununla da bu mövsüm Avropanın ən güclüsü "Real" olub.

Çempionlar Liqası
Final
28 may

"Real” (Madrid, İspaniya) – "Atletiko” (İspaniya) - 1:1 (5:3 - penaltilərdə)
Qollar: Serxio Ramos, 14 - Karrasko, 79

Baş hakim: Mark Klattenburq
Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Milan. "San Siro” stadionu
banner

Oxşar Xəbərlər