• cümə, 26 Aprel, 07:01
  • Baku Bakı 12°C

“Real” 98 milyon verir, “Çelsi” 116 milyon istəyir

08.04.19 11:15 550
“Real” 98 milyon  verir, “Çelsi” 116 milyon istəyir
"Real” "Çelsi”nin futbolçusu Eden Azarı transfer etməkdə israrlıdır.
Kaspi.az xəbər verir ki, artıq iki klubun rəsmiləri arasında bununla bağlı bir neçə görüş olub. Tərəflər arasında sonuncu görüş ötən həftə baş tutub.
"Real” bütün məsələləri mövsümün sonuna qədər həll etmək niyyətindədir. Məlumata görə, "kral klubu”nun rəhbərliyi belçikalı futbolçuya görə 98 milyon avrodan artıq ödəmək niyyətində olmadıqlarını bildiriblər.
"Çelsi”nin isə bununla razılaşmadığı deyilir. "Təqaüdçülər” ən azı 116 milyon avro tələb edirlər.
Azarın "Çelsi” ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır.
banner

Oxşar Xəbərlər