AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rauf Məmmədov Paykovski turnirində məğlubiyyətsiz irəliləyir

Rauf Məmmədov Paykovski turnirində məğlubiyyətsiz irəliləyir

İdman
12 İyun 2019, 17:39 540
Rusiyanın Poykovski qəsəbəsində keçirilən şahmat üzrə ənənəvi Anatoli Karpov turniri davam edir.
AZƏRTAC xəbər verir ki, 12-ci dünya çempionu Anatoli Karpovun təşəbbüsü ilə təsis edilən və 2000-ci ildən keçirilən ənənəvi turnirdə ölkəmiz yığma komandamızın üzvü Rauf Məmmədov tərəfindən təmsil olunur. Altıncı turda Ukraynalı şahmatçı Anton Korobov ilə heç-heçə edən təmsilçimiz aktivinə 0,5 xal yazdırıb. Turnirdə altı turdan üç xal toplayan R.Məmmədov rusiyalı şahmatçı Dmitri Yakovenkodan 1 xal geri qalaraq 2-9-cu yerləri bölüşür.
O, altıncı tura qədər məğlubiyyətsiz irəliləyib.