• cümə, 26 Aprel, 15:32
  • Baku Bakı 23°C

Ranyeri Ronaldonu Maradonaya bənzətdi

29.10.18 11:20 589
Ranyeri Ronaldonu Maradonaya bənzətdi
"Lester”in sabiq baş məşqçisi Klaudio Ranyeri maraqlı açıqlama verib.
Kaspi.az. İtaliya mətbuatına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis "Yuventus”un hücumçusu Kriştiano Ronaldonu Dieqo Maradonaya bənzədib:
"Ronaldonun "Yuventus”a transfer olunmasını Maradonanın "Napoli”yə keçərək, İtaliya futbolunun böhrandan çıxmasına kömək etməsinə bənzədirəm. "Yuventus” diqqətçəkən bir hərəkət etdi və hər klubdan bir addım öndə olduğunu sübut etdi”.
"Milan”ın baş məşqçisi Cennaro Qattuzoya dəstək olan italiyalı mütəxəssis, komandanın o qədər pis vəziyyətdə olduğunu düşünmür: "Qattuzo yaxşı işlər görür. Zamana ehtiyacları var”.
Ranyeri, eyni zamanda, yenidən komanda çalışdırmaq istədiyini də bildirib: "Mənim arzum yenidən işləməkdir. İtaliya, ya da başqa ölkə olması önəmli deyil, amma İngiltərədə işləməyin çox ləzzətli olduğunu deməliyəm”.
Ranyeri "Yuventus”, "İnter”, "Roma”, "Çelsi” kimi komandaların "sükanı” arxasında olub.
banner

Oxşar Xəbərlər