AZE | RUS | ENG |

Rahat yatmaq və yuxudan vaxtında oyanmaq...

Rahat yatmaq və yuxudan vaxtında oyanmaq...
Bu, sağlamlıq üçün çox əhəmiyyətlidir

Vaxtında oyanmaq və gün ərzində enerjili olmaq üçün ilk növbədə tam və normal yuxu yatmaq lazımdır. Yuxu tam olmayanda oyanmaq heç də asan olmur. Ona görə də ən yaxşısı vaxtında yatıb vaxtında oyanmaqdır.
Paytaxtdakı 19 nömrəli poliklinikanın həkim-terapevti Gülnarə Məmmədova bu barədə AZƏRTAC-a məlumat verərkən deyib: "Yatmazdan əvvəl qətiyyən qida qəbul etmək düzgün deyil, çünki gecə boyu hərəkətsizlik və dolu mədə səhərki yorğunluğun əsasını qoyur. Günün ikinci yarısı kofeinli içkilər içmək də məsləhət görülmür. Səhər vaxtında oyana bilməmək gərgin keçən axşamın da nəticəsi ola bilər. Ona görə də əsəbi olarkən yatmazdan əvvəl 1 stəkan çobanyastığı çayı içmək yuxuya çox yaxşı təsir edir. Səhər tezdən sərt idman hərəkətləri etməmək, əksinə, yüngül və gimnastik hərəkətlərlə günə daha rahat başlamaq olar”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973