• cümə, 26 Aprel, 07:27
  • Baku Bakı 12°C

Qvardiolaya deyib ki, məndən üzr istəməlisən

11.04.19 12:30 558
Qvardiolaya deyib ki, məndən üzr istəməlisən
Sən demə, Xosep Qvardiola "Barselona”da işləyərkən təkcə Zlatan İbrahimoviçlə konflikt yaşamayıb.
Kaspi.az xəbər verir ki, Pepin Samuel Eto ilə də münasibətləri qaydasında olmayıb. Bu barədə kamerunlu futbolçu özü məlumat verib:
"Pep bütün həyatı boyu Barselonada yaşayıb. Ancaq mən orda çıxış edərkən, o, bizim heyət barədə anlayışa malik deyildi.
Qvardiolaya dedim ki, məndən üzr istəməlisən, çünki "Barsa”ya qələbəni Messi yox, mən qazandırmışam.
Həmin vaxt vəziyyət belə idi. Messi sonradan parladı. Siz Xavidən, İnyestadan da soruşa bilərsiniz, Qvardiolanın məşqçiliyinin ilk dönəmində "Barsa”da ön planda mən idim”.
Eto Qvardiolanın rəhbərliyi altında "Barsa”da 2008/2009 mövsümündə çıxış edib. O, elə həmin mövsümdə Çempionlar Liqasının finalında "Mançester Yunayted”in qapısına qələbə qolunu da vurub.
Həmin mövsüm bitəndən sonra Eto "İnter”ə keçib və orda bir daha ÇL-in qalib olub.
banner

Oxşar Xəbərlər