Qvardiolanın qovduğu həkimi qaytardılar
Doktor Hans-Vilhelm Müller-Volfart yenidən "Bavariya”ya qayıdıb.
Kaspi.az xəbər verir ki, 75 yaşlı həkim Xosep Qvardiolanın vaxtında
komandadan qalmaqallı şəkildə qovulmuşdu. Pep onun işindən narazılığını
bildirmiş, heyətdə zədəlilərin çox olmasına görə tibbi personalı
günahlandırmışdı.
Hans-Vilhelm Müller-Volfart bundan sonra "Bavariya”nın tibbi
personalına rəhbərlik edəcək. O, klub rəsmiləri ilə görüşərək, "Bavariya”nın tibb
departamentinin inkişaf konsepsiyasını razılaşdırıb.