• cümə, 26 Aprel, 19:52
  • Baku Bakı 22°C

Qvardiola onları planetin ən yaxşı oyunçuları adlandırdı

13.07.13 08:11 1314
Qvardiola onları planetin ən yaxşı oyunçuları adlandırdı
Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı hər iki oyunçunun birlikdə oynayaraq, uğur qazanacaqlarına inanır.
O bildirib ki, braziliyalı və argentinalı futbolçular yaxşı oyunçu və insandırlar: “Barselona” həmişə öz sərəncamında dünyanın ən yaxşı oyunçularına malik olmağa çalışıb. “Neymar və Messi şübhəsiz ki, hazırda planetin ən yaxşı futbolçularıdır. Mən Messini çox yaxşı tanıyıram. Bundan başqa, Leo fantastik oyunçu və əla insandır. Həmçinin Neymar da yaxşı insana bənzəyir. Onunla tanış olmuşam. Əminəm ki, hər ikisi birlikdə problemsiz oynaya biləcəklər”.
Qeyd edək ki, daha əvvəl bir sıra məşhur mütəxəssislər Neymarla Messinin “Barsa”da birlikdə oynamasını düzgün hesab etmirlər. Xüsusi ilə Yohan Kroyf hər iki oyunçunun bir komandada alışmayacaqlarını bildirib.
banner

Oxşar Xəbərlər