• cümə, 29 Mart, 18:34
  • Baku Bakı 14°C

“Qulağımla musiqini dinləyib beynimə atırdım, gözümlə də kitab oxuyurdum və...” – Tələbəlik illəri

26.10.19 13:45 1043
“Qulağımla musiqini dinləyib beynimə atırdım, gözümlə də kitab oxuyurdum və...” – Tələbəlik illəri
Sızlar yada düşəndə, ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri... .Ömrün ən şirin, yaddaqalan illəridir tələbəlik illəri. Ona görə, o illərdən danışanda hər kəsin deməyə sözü, xatirəsi çox olur. "Tələbəlik illəri” rubrikasının budəfəki qonağı müğənni Elnarə Xəlilovadır. O, universitet illərindəki xatirələrini bizimlə bölüşür: "Dillər Universitetinin ikinci kursu nda oxuyurdum. Anam məni Vaqif Gərəyzadənin yanına apardı. O da məni tələbə kimi götürdü. Həftədə iki-üç dəfə dərslərə gedirəm. Müəyyən repertuarla məni tanış edib. Birinci semestrin axırına qədər mənim repertuarımda yalan olmasın, ənənəvi caz üslubu janrında 100-ə yaxın ingilis, portuqal, fransız, italyan, ispan dilində mahnılar var idi. Xatirələrim nə ilə bağlıdır? Onunla bağlıdır ki, mən önümdə dəftər-kitab semestr imtahanlarına hazırlaşırdım, qulağımda da qulaqcıq, Vaqif Gərayzadənin tapşırıqlarını hazırlayırdım. Yəni qulağımla musiqini dinləyib beynimə atırdım, gözümlə də kitab oxuyurdum və eyni şəkildə həmin o informasiyanı qəbul edirdim. Dəqiq yadımdadır ki, mən heç birini axsatmırdım, nə dərsimi, nə də musiqi hazırlığımı”.
banner

Oxşar Xəbərlər