• cümə, 26 Aprel, 12:40
  • Baku Bakı 23°C

Qrizmannı bu şəklə görə ittiham etdilər

18.12.17 11:25 1764
Qrizmannı bu şəklə görə ittiham etdilər
"Atletiko”nun hücumçusu Antuan Qrizmann rasizm hərəkətində ittiham olunub.
Kaspi.az xəbər verir ki, Antuanın "Tvitter” səhifəsində paylaşdığı şəkil böyük ajiotaja səbəbə olub. O, qaradərili basketbolçu obrazında olan şəklini sosial şəbəkədə paylaşıb.
Qrizmann şəkilin altında belə yazıb: "80-ci illər stilində əyləncə”.
Bundan sonra o, rasizmdə ittiham olunub. Futbolçu özünə bəraət qazanmağa çalışıb və bildirib ki, bu şəkil "Qarlem Qlobtrotters”ə həsr olunub:
"Sakitləşin uşaqlar, mən "Qarlem”in pərəstişkarı olmuşam. Bu da ona hörmət əlamətidir”.
Ancaq bir müddətdən sonra Qrizmann fotonu silib və üzr istəyib.
banner

Oxşar Xəbərlər