• cümə, 29 Mart, 14:22
  • Baku Bakı 14°C

“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir

07.08.20 21:21 772
“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir
Avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində telekonfrans formatında keçirilən növbəti kollegiya iclasında ölkə rəhbərliyinin bununla bağlı verdiyi tapşırıqların icrası vəziyyəti müzakirə edilib.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, kollegiya iclasında bildirilib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 28-də açılışı olan 1336 mənzildən ibarət "Qobu park-3” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir. Dövlətimizin başçısı məcburi köçkünlər üçün Abşeron və Samux rayonları ərazisində salınan və hazırda tikintisi davam edən yaşayış komplekslərində tikinti işlərinin gedişi ilə şəxsən tanış olub.
Prezident İlham Əliyevin bu il 7 mindən çox məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsinin təmin olunması barədə verdiyi tapşırıq icra edilir, tikinti obyektlərində işlər sürətlə aparılır.
Kollegiya iclasında komitənin Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlığın gedişi, məcburi köçkünlərə kommunal xidmətlərin göstərilməsi sahəsində mövcud vəziyyət, elektron xidmətlərin təkmilləşdirilməsi və digər məsələlər barədə müvafiq strukturların hesabatları dinlənilib. Müzakirə edilən məsələlər üzrə zəruri tədbirlər müəyyənləşdirilib, onların icrası üçün konkret tapşırıqlar verilib.
Eyni zamanda, mövcud karantin rejimində məcburi köçkünlərin hər bir müraciətinə xüsusi həssaslıq göstərilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, fiziki ünsiyyətin məhdudlaşdırılmasının zəruri olduğu indiki vəziyyətdə komitənin rəhbər işçilərinin audio-video formatda qəbulları davam etdiriləcəkdir.
banner

Oxşar Xəbərlər