• cümə axşamı, 28 mart, 19:16
  • Baku Bakı 13°C

Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün xüsusi layihə hazırlanır

27.04.17 12:20 1016
Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün xüsusi layihə hazırlanır
"Yaxın vaxtda tikinti sektorunda qeyri-rəsmi şəkildə məşğulluğa cəlb edilən işçilərlə əlaqədar xüsusi layihə hazırlanacaq". "APA-Economics" xəbər verir ki, bunu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri, baş nazirin müaviniƏli Əhmədovbildirib.
Onun sözlərinə görə, bu layihə qeyr-rəsmi məşğulluğun aradan qaldırılmasına səbəb olacaq: "Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə əmək münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər nəzərdə tutulur. Bununla bağlı, xüsusi komissiya yaradılıb. Komissiyanın qarşısında duran ən mühüm vəzifələrdən biri odur ki, qeyri-rəsmi məşğulluq anlayışı aradan qaldırılsın. Yəni qeyri-rəsmi məşğulluq tədricən aradan qaldırılmalıdır. Qeyri-rəsmi məşğulluğa daha çox tikinti sektorunda rast gəlinir. Qeyri-rəsmi məşğulluq işçilər qarşısında bir sıra öhdəliklərin yerinə yetirilməməsinə səbəb olur. Bu yolla işəgötürənlər vergi, sosial və digər məcburi ödənişlərdən yayınır. Qeyri-rəsmi məşğulluq aradan qaldırıldığı təqdirdə bu problemlər aradan qalxacaq. Mən inanıram ki, tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə görüşümüz bir nəticə verəcək, onlar bütün işçilərini rəsmi şəkildə qeydiyyatdan keçirəcək".
banner

Oxşar Xəbərlər