• cümə, 26 Aprel, 12:13
  • Baku Bakı 23°C

““Qarabağ“la oynamaq çətindir“

07.11.14 15:02 1327
““Qarabağ“la oynamaq çətindir“
"Nəhayət ki, qrup mərhələsində qol vura bildik. "Qarabağ" çox yaxşı komandadır. Onlarla oynamaq çətindir. Hücum xəttində səviyyəli futbolçuları var. Yaxşı ki, əlimizə düşən qol imkanlarından yararlana bildik".
Qol.az xəbər verir ki, bu sözləri "Dnepr" klubunun kapitanı Ruslan Rotan Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"a qalib gəldikləri oyundan (2:1) sonra Ukrayna mətbuatına açıqlamasında deyib.
Təcrübəli yarımmüdafiəçi Bakıya yalnız qələbə üçün gəldikləri bildirib: "Biz ancaq qələbəyə oynayırdıq. "Dinamo"ya məğlubiyyətdən sonra çox tənqid olunduq. Ancaq toparlana bildik. Əsl kollektiv belə olmalıdır. Bundan sonra qələbələrimizi sıralamalıyıq".
banner

Oxşar Xəbərlər