AZE | RUS | ENG |

“Qarabağ”ın rəqibini Rauf Əliyevlə “Keşlə”nin baş məşqçisi qarşıladı

“Qarabağ”ın rəqibini Rauf Əliyevlə “Keşlə”nin baş məşqçisi qarşıladı
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"la üz-üzə gələcək "Kukesi" (Albaniya) Bakıya gəlib.
 
Kaspi.az xəbər verir ki, "Kukesi”ni bu komandanın keçmiş hücumçusu Rauf Əliyev və sabiq baş məşqçisi Mladen Milinkoviç qarşılayıblar. 
 
Hazırda "Qəbələ”də forma geyinən Rauf Əliyevlə "Keşlə”nin "sükanı arxasında” olan Milinkoviç ötən mövsümün qış fasiləsində "Kukesi"dən ayrılmışdılar.
 
Fotodakı digər oyunçular isə adları "Keşlə" ilə hallanan Rustem Noxa və Valon Etemidir. Onlar Milinkoviçlə transferləri ilə  bağlı müzakirələr aparıblar.
 
"Qarabağ" - "Kukesi" matçı avqustun 1-də saat 21:00-da start götürəcək. Albaniyadakı ilk oyunda hesab açılmamışdı.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775