“Qarabağ”ın oyununu 700 polis əməkdaşı mühafizə edəcək
Avroliqadakı yeganə təmsilçimiz “Qarabağ” bu gün növbəti oyununa çıxacaq. Ağdam klubu Kiyevdə “Dnepr”in qonağı olacaq. Lent.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, “Dnepr” – “Qarabağ” matçını 700 polis əməkdaşı mühafizə edəcək. Bu informasiyanı Ukraynanın Daxili İşlər Nazirliyi də təsdiqləyib.