• cümə, 26 Aprel, 08:38
  • Baku Bakı 12°C

"Qarabağ"ın 5 potensial rəqibi

03.08.17 10:20 2282
"Qarabağ"ın 5 potensial rəqibi
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Kaspi.az xəbər verir ki, beş klub birbaşa bu mərhələdən mübarizəyə başlayacaqsa, 15 kollektiv də 3-cü təsnifat mərhələsinin qalibləridir. Onların arasında Azərbaycan çempionu "Qarabağ" da var.
ÇL-in qrupuna 10 vəsiqə uğrunda mübarizə aparacaq bu 20 komanda artıq səbətlərə də bölünüb. Ağdam klubunun da potensial rəqibləri bəllidir. Qurban Qurbanovun çalışdırdığı komanda "Olimpiakos”, "Seltik”, "Kopenhagen”, APOEL və "Maribor”dan biri ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab görüşləri 22-23-də keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
Səpələnmişlər
"Olimpiakos” (Yunanıstan)
"Seltik” (Şotlandiya)
"Kopenhagen” (Danimarka)
APOEL (Kipr)
"Maribor” (Sloveniya)
Səpələnməmişlər
"Qarabağ” (Azərbaycan)
"Astana” (Qazaxıstan)
"Riyeka” (Xorvatiya)
"Hapoel” (Beer-Şeva, İsrail)
"Slaviya” (Çexiya)
Liqa yolu
Səpələnmişlər
"Sevilya” (İspaniya)
"Napoli” (İtaliya)
"Liverpul” (İngiltərə)
ÇSKA (Moskva, Rusiya)
"Sportinq” (Portuqaliya)
Səpələnməmişlər
"Styaua” (Rumıniya)
"Yanq Boyz” (İsveçrə)
"Nitsa” (Fransa)
"Hoffenhaym” (Almaniya)
"Başakşəhər” (Türkiyə)
banner

Oxşar Xəbərlər