“Qarabağ” London sınağında
Bu gün UEFA
Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.
Kaspi.az xəbər
verir ki, son Azərbaycan çempionu "Qarabağ” 6-cı turda "Arsenal”ın qonağı
olacaq. Komandalar arasında Bakıda keçirilən ilk görüşdə "topçular” 3:0 hesablı
qələbə qazanıb.
Komandaların yer
aldığı E qrupunda London təmsilçisi ilə Portuqaliyanın "Sportinq” klubu ötən
turdan 1/16 final mərhələsinə vəsiqəni təmin etdiyi üçün bu görüş formal
xarakter daşıyır.
Qrupun digər
oyununda isə "Sportinq” "Vorskla”nı qəbul edəcək.
Avropa Liqası
qrup mərhələsi, 6-cı tur
E qrupu
13 dekabr
00:00. Arsenal -
Qarabağ
Baş hakim: Yens
Moe
Yan xətt hakimləri:
Lars Hummelqor, Heyne Serensen
Əlavə köməkçilər:
Yorgen Burxardt, Morten Kroq
Dördüncü hakim:
Esper Dal (hakimlər briqadası Danimarkadandır)
Hakim-inspektor:
Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi:
Styrbjörn Oskarsson (Finlandiya)
London.
"Emireyts” stadionu