• çərşənbə axşamı, 19 mart, 06:13
  • Baku Bakı 8°C

“Qarabağ” – “Linfild” oyununun biletləri satışa çıxarılıb

22.08.19 09:51 10726
“Qarabağ” – “Linfild” oyununun biletləri satışa çıxarılıb
"Qarabağ"ın UEFA Avropa Liqasının play-off mərhələsində Şimali İrlandiyanın "Linfild" ilə Bakıda keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.
Trend xəbər verir ki, ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı "iTicket" satış məntəqələrindən, "ASAN xidmət"in 2 və 3 saylı (Yasamal, AMAY T/M) mərkəzlərindən və https://iticket.az/ saytından əldə etmək olar.
Qeyd edək ki, avqustun 29-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç avqustun 22-də Belfastda reallaşacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
banner

Oxşar Xəbərlər