Qananın qolu sayılmadı, FİFA-ya müraciət etdi
Qana
Futbol Assosiasiyası FİFA-ya müraciət edib.
Kaspi.az
xəbər verir ki, Qana Uqanda ilə keçirilən qarşılaşmanın yenidən oynanılmasını tələb
edir. Uqandada keçirilən və 0:0 hesabı ilə başa çatan bu qarşılaşmanın son dəqiqəsində
Qana qol vurub.
Ancaq
hakimlər oyundankənar vəziyyət qeydə alaraq, qolu hesaba almayıblar. Lakin
videotəkrarda oyundankənar vəziyyətin olmadığı aydın görünür. Bu heç-heçədən
sonra Qana demək olar ki, DÇ-yə vəsiqə qazanmaq şansını itirib.
Qana
FİFA-ya müraciət edərək, hakimlərin işinin araşdırılmasını və oyunun yenidən
keçirilməsini xahiş edib.