• cümə, 26 Aprel, 18:49
  • Baku Bakı 22°C

“Qalatasaray” qələbə ilə başladı, “Real” “canavarlar”a qarşı

19.09.18 10:09 543
“Qalatasaray” qələbə ilə başladı, “Real” “canavarlar”a qarşı
Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib.
Kaspi.az xəbər verir ki, ÇL-in 8 qrupunda qərarlaşan 32 komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda "Lokomotiv”i (Moskva) qəbul edib. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.
Çempionlar Liqasının son finalçısı "Liverpul" PSJ ilə üz-üzə gəlib. Beş qolun vurulduğu oyunda İngiltərə təmsilçisi çətinliklə də olsa, qələbə qazanmağı bacarıb.
"İnter” - "Tottenhem” görüşü də günün maraqla gözlənilən oyunlarından biri idi. Milan təmsilçisi son dəqiqələrdə vurulan qollar sayəsində əzmkar qələbə qazanıb. "Barselona" doğma meydanda PSV-yə 4 cavabsız qolla qalib gəlib.
Çempionlar Liqası, 1-ci tur
18 sentyabr
A qrupu
Monako (Fransa) - Atletiko (Madrid, İspaniya) 1:2
Qol: Qrandsir, 18 - D.Kosta, 32. Ximenes, 45.
Brügge (Belçika) - Borussiya (Dortmund, Almaniya) 0:1
Qol: Pulisiç. 85.
B qrupu
İnter (İtaliya) - Tottenhem (İngiltərə) 2:1
Qol: İkardi, 86. Vesino, 90 - Eriksen, 53.
Barselona (İspaniya) - PSV (Eyndhoven, Hollandiya) 4:0
Qol: Messi, 32; 77; 87. Dembele, 75.
C qrupu
Srvena Zvezda (Serbiya) - Napoli (İtaliya) 0:0
Liverpul (İngiltərə) - PSJ (Fransa) 3:2
Qol: Starric, 30. Milner, 36-pen. Firmino, 90 - Munye, 40. Mbappe, 83.
D qrupu
Şalke (Almaniya) - Portu (Portuqaliya) 1:1
Qol: Embolo, 64 - Otavio, 75-pen.
Qalatasaray (Türkiyə) - Lokomotiv (Moskva, Rusiya) 3:0
Qol: Q.Rodriqes, 9. E.Derdiyok, 67. S.İnan, 90-pen.
19 sentyabr
E qrupu
20:55. Ayaks (Hollandiya) - AEK (Kipr)
23:00. Benfika (Portuqaliya) - Bavariya (Almaniya)
F qrupu
20:55. Şaxtyor (Donetsk, Ukrayna) - Hoffenhaym (Almaniya)
23:00. Mançester Siti (İngiltərə) - Lion (Fransa)
G qrupu
23:00. Real (İspaniya) - Roma (İtaliya)
23:00. Viktoriya (Çexiya) - ÇSKA (Rusiya)
H qrupu
23:00. Valensiya (İspaniya) - Yuventus (İtaliya)
23:00. Yanq Boyz (İsveçrə) - Mançester Yunayted (İngiltərə)
banner

Oxşar Xəbərlər