• cümə, 26 Aprel, 12:13
  • Baku Bakı 23°C

Qadınların stadiona getməsinə icazə verildi - İranda

06.04.15 11:21 1005
Qadınların stadiona getməsinə icazə verildi - İranda
İranda stadiona voleybol oyununu izləməyə getdiyi üçün həbs edilən Qönçə Havami azadlığa buraxılıb. Lent.az-ın vesti.ru-a istinadən məlumatına görə, Qönçənin qardaşı İmran Havami bacısının azadlığa çıxması üçün imza kampaniyasına başlayıb və 770 min insan bu kampaniyaya qoşulub. Bundan sonra İran hökuməti Q. Havami haqqında çıxarılımış hökmün qalan hissəsini ləğv edib.
Qeyd edək ki, 26 yaşlı Qönçə Havami ötən ilin yayında keçirilən İran və İtaliya yığmalarının arasında keçirilən voleybol maçını izləmək üçün stadiona gedib. Bu zaman o, həbs edilib. İrandakı şəriət qaydalarına görə, qadınla kişi bir yerdə stadionda ola bilməz.
Qönçə Havami İran vətəndaşlığı ilə yanaşı Britaniya vətəndaşlığı da var. Lakin İran qanunvericiliyi ikinci vətəndaşlığı tanımır. 5 aylıq həbsdən sonra Qönçə 20 min funt sterlinq müqabilində zaminə buraxılsa da, ona ölkəni tərk etmək yasağı qoyulub.
İran hakimiyyəti Havaminin qarşı bütün ittihamları çəkdikdən sonra qadınlara idman tədbirlərində iştirak etmək icazəsi verilib. İdman nazirinin müavini Əbdulhamid Ahmədinin sözlərinə görə, Milli Təhlükəsizlik Şurası İran hakimiyyətinin təklifini təsdiq edib.
banner

Oxşar Xəbərlər