AZE | RUS | ENG |

PXENÇXAN-2018 "Olimpiya kəndi"ndə görüş

PXENÇXAN-2018
Pxençxan-2018 Olimpiadasının həyəcanı davam etməkdədir. Bu Olimpiadada iştirak edən 92 ölkənin bayrağı sırasında Azərbaycanın da dövlət bayrağı dalğalanır. Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında ölkəmiz yalnız bir idmançı ilə deyil, həm də rəsmi nümayəndə heyəti ilə təmsil olunur.

Bu bir daha onu göstərir ki, Azərbaycan həqiqətən də Olimpiya ideallarına daim sadiq olmaqla, dünyanın aparıcı idman dövlətlərindən biri kimi öz önəmli mövqeyini qoruyub saxlayır.

Fevralın 10-da Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-n baş katibinin müavini Azər Əliyev, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov "Olimpiya kəndi"nə gələrək, idmançılar üçün yaradılmış şəraitlə tanış olublar, burada məskunlaşan idmançımız Patrik Braxner və rəsmi nümayəndə heyətinin üzvləri ilə görüşüblər.

Azərbaycan nümayəndə heyətinin məskunlaşdığı mənzil qərargahda keçirilən görüşdə nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov oyunların gündəlik proqramları, Olimpiadada ölkəmizi slalom yarışlarında təmsil edən idmançımızın məşqləri, hazırlığı barədə və Azərbaycan nümayəndə heyətinə yaradılan şəraitlə bağlı məlumat verib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana və Olimpiya Hərəkatına göstərdiyi diqqət və qayğıdan danışıb. O, əminliklə bildirib ki, qış idman növləri bazasından səmərəli istifadə etməklə yerli idmançıların da yetişməsinə diqqət artırılacaq və ölkəmiz növbəti Qış Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunacaq.

Görüşdə MOK-un baş katibinin müavini Azər Əliyev olkəmizdə bütün idman növlərinin yüksək səviyyədə inkişaf etdiyini, qış idman növlərinin də bu inkişafın sıralarına tezliklə qoşulacağına inandığını bildirib. O, Tokio-2020 Olimpiadasında atletlərimizin, eyni zamanda ağırlıqqaldıranlarımızın yüksək nəticələr göstərəcəyinə əminliyini vurğulayıb.

Görüş zamanı ölkəmizi təmsil edən idmançı Patrix Braxner slalom yarışlarında uğur qazanmaq üçün öz imkanlarından səmərəli istifadə etməyə çalışacağını, ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Görüşdə qonaqlar Pxençxan-2018-in məşəlinin maketi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6900
GBP 1 İngilis funt sterlinqi 2.3644
TRY 1 Türk lirəsi 0.4475
KWD 1 Küveyt dinarı 5.6666
SEK 1 İsveç kronu 0.2090
EUR 1 Avro 2.0865
CHF 1 İsveçrə frankı 1.8097
USD 1 ABŞ dolları 1.7001